Bakı, TurkicWorld
Məqsədimiz Qabardakı neft hasilatını 100 min barrelə çatdırmaqdır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Türkiyə enerjisinin təxminən 67 %-i , yəni hər 3 vahid enerjidən 2-si çox təəssüf ki, idxal vasitəsilə ölkəmizə gəlir. Ona görə də bu idxalla bağlı qarşılaşdığımız idxal fakturasını, gətirdiyi cari açığı və valyuta ehtiyacını qarşılamaq üçün müəyyən siyasətlər inkişaf etdiririk.” – deyə o qeyd edib.
Bayraktar Türkiyənin günəş, külək, hidravlik qaynaqları və geotermal qaynaqları ilə bərpa olunan enerjidə böyük potensiala malik olduğunu və bunları istifadəyə verməsi lazım olduğunu vurğulayıb.
“Bu günə kimi günəş və külək enerjisi ilə 27 min meqavata çatan gücü 2035-ci ilə qədər 60 min meqavata çatdıracağıq.” – deyə Bayraktar bildirib.
Hafiz Rufizoğlu