Bakı, TurkicWorld
Türkiyənin ilk yerli və milli peyki olan Türksat 6A-nın ikinci atış prosesi uğurla tamamlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabından açıqlama verib.
"Qürurumuz Türksat 6A yavaş-yavaş öz orbitinə doğru irəliləyir. Rabitə peykimiz buraxıldıqdan sonra sınaq orbitinə çatmaq üçün kimyəvi hərəkət sistemi ilə 5 atış etməli idi. Orbitin düzəldilməsi və 35 min 786 kilometr məsafədə geostasionar orbitə çatması planlaşdırılan bu yanğınlardan birincisini iyulun 10-da həyata keçirdik.” – deyə o qeyd edib.
Uraloğlu bildirib ki, ikinci atış 69 dəqiqə davam edib.
“Kosmosda Türksat 6A gücümüzə güc qatacaq” – deyə o əlavə edib.
Məlumat üçün qeyd edək ki, TÜRKSAT 6A-nın xidmətə girməsi ilə Türksatın bölgəyə peyk xidməti ixracatını əhəmiyyətli dərəcədə artırması hədəflənib.
Türksat 6A təcrübəsindən sonra rabitə peykləri istehsal edə bilən azsaylı ölkələr arasında olan Türkiyənin də peyk ixracatçısına çevrilməsi hədəflər arasındadır.
Hafiz Rufizoğlu