Son dəqiqə

İstanbul

İstanbul Boğazı gəmilərin hərəkətinə bağlanıb

Bakı, TurkicWorld

Dünyanın ən işlək su yollarından olan İstanbul boğazında gəmi nasazlığı səbəbindən hərəkət hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

TurkicWorld Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən xəbər verir ki, “LIONFISH” adlı gəmidə texniki nasazlıqdan dolayı Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.

Məsələ ilə bağlı Nazirlikdən yazılı açıqlama verilib.

Mövzuya görə xəbərlər