Son dəqiqə

Türkiyə TÜRKSAT-6A

TÜRKSAT 6A peyklərin xidmət göstərmədiyi əraziləri əhatə edəcək

Bakı, TurkicWorld

TÜRKSAT 6A peyklərin xidmət göstərmədiyi əraziləri əhatə edəcək.

TurkicWorld xəbər verir ki, TÜRKSAT 6A kosmosa buraxıldıqdan sonra ilk siqnalın 70-ci dəqiqədə alınması gözlənilir.

Peyk 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək.

7,5 kilovat gücündə və 4 min 250 kiloqram ağırlığında olan TÜRKSAT 6A ilə mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya TÜRKSAT-ın əhatə dairəsində olacaq.

Peyklərin əldə etdiyi əhali 3,5 milyarddan 5 milyarda yüksələcək. TÜRKSAT 6A-nın xidmətə girməsi ilə Türksatın bölgəyə peyk xidməti ixracatını əhəmiyyətli dərəcədə artırmaq hədəflənib.

Türksat 6A təcrübəsindən sonra rabitə peykləri istehsal edə bilən azsaylı ölkələr arasında olan Türkiyənin də peyk ixracatçısına çevrilməsi hədəfləri arasındadır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər