Son dəqiqə

Türkiyə Yunanıstan FETÖ

Türkiyədə sərhədi qanunsuz keçməyə cəhd edənlər saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə sərhədi qanunsuz keçməyə cəhd edənlər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

“Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfər Ədirnədə növbətçi sərhəd qoşunlarımız tərəfindən yaxalanıb.” – deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, saxlanılanlardan beşi FETÖ terror təşkilatının üzvü olduğu müəyyənləşdirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər