Son dəqiqə

Türkiyə Hatay Ali Yerlikaya

Türkiyədə beş ayrı mütəşəkkil cinayətkar qrup məhv edilib

Bakı. TurkicWorld :

Türkiyənin Hatay, Ankara, Çankırı və Konya şəhərlərində keçirilən “Kuyu-5” əməliyyatı nəticəsində beş ayrı mütəşəkkil cinayətkar qrup məhv edilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bu barədə öz sosial media hesabında etdiyi paylaşımda məlumat verib. Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvü olan 57 şübhəli, o cümlədən 4-ü dəstə rəhbəri yaxalanıb.

Əməliyyatlar zamanı 17-si boş patron olmaqla 22 tapança, 10 sənədsiz avtomat, müxtəlif miqdarda narkotik , çoxlu çek və əskinaslar və külli miqdarda türk lirəsi ələ keçirilib.

Yerlikaya paylaşımında “Şəhər quldurlarına nəfəs almağa icazə verməyəcəyik. Millətimizin duaları və dəstəyi ilə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyatlarımız şəfəq vaxtı da axşam gün batarkən də qətiyyətlə davam edəcək” – deyə qeyd edib.

Mövzuya görə xəbərlər