Son dəqiqə

Türkiyə HÜRJET ANKA - 3

ANKA III HÜRJET sütunlu uçuş həyata keçirib

Bakı. TurkicWorld:

Türk müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən ANKA III pilotsuz uçuş aparatı Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətlə hərəkət edən təlim təyyarəsi HÜRJET ilə sütunlu uçuş həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Turkish Aerospace Industries-in X-dəki postunda bildirilib.

ANKA III və HÜRJET-in qol uçuşu 50 dəqiqə davam edib. Uçuş 7 min fut yüksəklikdə 300 km/saat sürətlə həyata keçirilib.

Türk müdafiə sənayesində pilotsuz uçuş aparatlarının imkanlarını yeni səviyyəyə qaldıran ANKA III üçün inkişaf səyləri 2022-ci ildə başladılıb.

Turkish Aerospace Industries, ilk uçuşu 28 dekabr 2023-cü ildə reallaşan ANKA III üçün inkişaf və sınaq fəaliyyətlərini davam etdirir.

Gələcəkdə pilotsuz döyüş təyyarələrinin pilotlu təyyarələrdən idarə olunması hədəflənir. Bu kontekstdə HÜRJET-in ANKA III ilə uçması böyük əhəmiyyət kəsb edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər