Bakı. TurkicWorld:
İtaliya Baş naziri Ciorcia Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 13-15 iyun tarixlərində keçiriləcək G7 Sammitinə dəvət edib.
TurkicWorld xəbər verir ki, prezident Ərdoğan Baş nazir Meloni ilə telefon danışığında sammitə qatılacağını bildirib.
Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7 Sammiti bu il iyunun 13-15-də Borqo Eqnaziyada keçiriləcək.