Son dəqiqə

Türkiyə Haluk Görgün Altay tankı Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyənin Altay tankının kütləvi istehsalına başlanılır

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyinin layihəsi ilə BMC Defence tərəfindən istehsal edilən yeni nəsil Altay tankının kütləvi istehsalına başlanılır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib.

Qeyd edək ki, teni Altay tankında 12,7 mm və 7,62 mm-lik silah sistemləri, sursat anbarları, qüllə halqası, rotor, ikinci dərəcəli köməkçi görmə sistemi, əl atəşi sistemi, yanacaq qızdırıcısı və hidravlik nasoslar kimi sistemlər var.

Altay yenilənmiş texnologiyası, təkmilləşdirilmiş zireh sistemi, artan hərəkət qabiliyyəti, müasir atəşə nəzarət sistemi və təlim sistemi və qabiliyyəti ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hazırlanmış müasir döyüş tankı kimi xidmət edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər