Bakı. TurkicWorld:
İstanbulun fəthinin 571-ci ildönümündə Fateh Sultan Mehmet və onun qəhrəman ordusunu hörmətlə yad edirəm.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan X sosial media hesabında paylaşım edib.
"İstanbul bizə qalan qədim miras, əbədi olaraq qorumalı olduğumuz yeganə sərvətimizdir", - deyə o bildirib.
Qeyd edək ki, 29 may 1453-cü ildə 53 gün davam edən mühasirə nəticəsində Osmanlı Sultanı Fateh Sultan Mehmet komandanlığı altında Osmanlı ordusu Bizans İmperatorluğunun paytaxtı İstanbulu fəth edib.







