Son dəqiqə

Aliağa limanı

Aliağa limanında qeyri-qanuni yanacaq ələ keçirilib

Bakı,TurkicWorld:

Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən əməliyyatda Aliağa Limanında bazar dəyəri 1,5 milyon lirə olan qeyri-qanuni yanacaq ələ keçirilib.

TurkicWorld xəbər verir ki, İzmir Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat qrupları əməliyyat keçirib.

Qruplar tərəfindən aparılan risk analizi nəticəsində İzmir Aliağa Limanına gələn quru yük gəmisi izlənilib və ölçmə sisteminə yönləndirilən gəmidə bazar dəyəri 1,5 milyon lirə olan 40 metrik ton qeyri-qanuni yanacaq aşkar edilib.

Hadisə ilə bağlı Aliağa Respublika Prokurorluğunda istintaq davam etdirilir.

Mövzuya görə xəbərlər