Bakı, TurkicWorld:
Dost və qardaş Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə təbrik edirəm.
TurkicWorld xəbər veir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında paylaşım edib.
"Dost və qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Gününü təbrik edir, ümumi tariximiz və sarsılmaz möhkəm bağlarımızla birlikdə çoxlu uğurlar qazanacağımıza ümid edirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.
Dost ve kardeş ülke Azerbaycan'ın Bağımsızlık Günü'nü kutluyor, ortak tarihimiz ve sarsılmaz güçlü bağlarımızla birlikte nice başarılara imza atmayı temenni ediyorum. pic.twitter.com/mw8B4oh4JZ
— Alparslan Bayraktar (@aBayraktar1) May 28, 2024