Bakı. TurkicWorld:
Mersində Türkiyə Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən əməliyyatda 1 milyard TL dəyərində qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.
TurkicWorld xəbər veir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Gömrük Mühafizə qrupları tərəfindən aparılan axtarış nəticəsində humanitar yardım adı altında qanunsuz olaraq Türkiyə ərazisinə keçirməyə cəhd edilən altı konteyner 130 min kiloqram oyuncaq tipli mal və iki konteyner parça tipli ticarət malları aşkarlanıb.
Əməliyyat nəticəsində ələ keçirilən qaçaqmalların təxmini bazar dəyərinin 1 milyard türk lirəsi olduğu müəyyən edilib. Məsələ ilə bağlı Mersin Respublika Prokurorluğunda istintaq davam edir.






