Son dəqiqə

Türkiyə Mersin qəza

Türkiyədə zəncirvari qəza baş verib – ölən və yaralananlar var

Bakı. TurkicWorld:

Türkiyənin Mersin vilayətində zəncirvari qəza baş verib.

TurkicWorld xəbər verir ki, hadisə bölgəsində çoxlu sayda ölü və yaralı var.

Mersin-Adana avtomobil yolunun Tarsus Yenice qovşağında avtobusun iştirakı ilə baş verən zəncirvari qəzada ölən və yaralananların olduğu öyrənilib.

Hadisə yerinə təcili tibbi yardım qrupları cəlb edilib.

Mersin valisi Pehlivan TAG şosesində baş verən zəncirvari yol qəzasında ilkin təsbitlərə görə 10 nəfərin öldüyünü, 39 nəfərin isə yaralandığını açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər