Bakı. TurkicWorld:
X sosial media platforması Türkiyədə nümayəndəlik açıb.
TurkicWorld xəbər verir ki, Almaniyanın Leipzig şəhərində davam edən Beynəlxalq Nəqliyyat Forumunda (ITF) Türkiyəni təmsil edən nazir Uraloğlu, Türkiyədə nümayəndəlik açan X sosial media platforması ilə bağlı açıqlamalar verib.
"Təmsilçi təyin olunmayandan sonra reklam qadağası tətbiq etdik. Bu tədbir nisbətən təsirli oldu. Qrupu daraltmağa qərar verdik və bunu onlara çatdırdıq" – deyə o bildirib.
Nazir Uraloğlu, atacaqları addımları Şirkətin müvafiq şəxslərinə çatdırdıqdan sonra şirkət qurma prosesini apardıqlarını qeyd edib.
“Biz istəyirik ki, platformaların ölkəmizdə nümayəndəliyi və ya təmsilçiliyi olsun. Biz çalışırıq ki, dövlətimizin qaydalarını həyata keçirək, milli maraqlarımızı qoruyaq.” – deyə Uraloğlu bildirib.
Hafiz Rufizoğlu