Son dəqiqə

Çin Alparslan Bayraktar Türkiyə Energetika və Təbii Sərvətlər nazirliyi

AES ilə bağlı Çinlə danışıqlar başa çatmaq üzrədir - Türkiyəli nazir

Bakı. TurkicWorld:

Trakyada planlaşdırılan atom elektrik stansiyası ilə bağlı Çinlə danışıqlar bir neçə ay sonra başa çatmaq üzrədir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

Türkiyənin getdikcə artan enerji tələbatını qarşılamaq üçün investisiyaların artırılması lazım olduğunu bildirən Bayraktar, idxaldan asılılığı və karbon emissiyalarını azaltmaq üçün işlərin aparıldığını bildirdi.

"Yenilənə bilən qaynaqlarımızı istifadə etməliyik. İkincisi, enerji müxtəlifliyimizə nüvə enerjisini əlavə etməliyik. Üçüncüsü, təbii qazdan keçid yanacağı kimi istifadə etməliyik. Biz həmçinin kritik minerallara və saxlama və hidrogen kimi bəzi yeni texnologiyalara da sərmayə qoymalıyıq", - deyə o vurğulayıb.

Nazir Bayraktar onu da qeyd edib ki, Türkiyə Çin ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir.

"Çin bir çox cəhətdən bərpa olunan enerji sahəsində qlobal liderdir. Ölkə dünyada ən böyük bərpa olunan avadanlıq təchizatçılarına və bərpa olunan enerji generatoru şirkətlərinə malikdir. Nüvə enerjisində çoxlu yeni reaktorlar inşa edir. Çin ilə nüvə sahəsində əməkdaşlığımız 2016-cı ildən başlayır və Çin şirkəti ilə nüvə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. O vaxtdan bəri Trakyada mühüm istehlaklardan biri olan dörd nüvə reaktorunun tikintisi üçün danışıqlar aparırıq. İndi qarşımızda daha möhkəm bir yol xəritəsi var və ümid edirəm ki, bu şirkətlə bütün bu müzakirələri yekunlaşdıra biləcəyik", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər