Son dəqiqə

Türkiyə Sakarya

Türkiyənin Sakarya qaz yatağında 25-ci quyu qazılacaq

Bakı. TurkicWorld:

Türkiyənin Fatih Qazma Gəmisi Qara dənizdə 710 milyard kubmetr qaz ehtiyatına malik Göktəpə-2 quyusunda qazma işlərinə başlayır.

TurkicWorld xəbər verir ki, quyu Sakarya qaz yatağında 25-ci quyu olacaq.

Məlumata əsasən, Sakarya qaz yatağında 25-ci quyuda işlər Rumıniya-Türkiyə müstəsna iqtisadi zonası sərhədinə yaxın ərazidə aparılacaq.

Qeyd edək ki, Sakarya qaz yatağında hazırda gündəlik 4,5 milyon kubmetrə yaxın təbii qaz hasil edilir. Yeni quyu ilə qaz hasilatının gündəlik 40 milyon kubmetrə çatdırılması hədəflənir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər