Son dəqiqə

PKK Suriya Türkiyə Milli Müdafiə Nazirliyi Iraq

Türkiyə ordusu 17 terrorçunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri (TSK) İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarda 17 terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Terrorla mübarizəmiz qətiyyətlə davam edir! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk, Qara və Pençe-Kilit əməliyyatı bölgələrində 10, Suriyanın şimalındakı Zeytun Dalı və Barış Pınarı bölgələrində isə yeddi PKK/YPG terrorçusunu zərərsizləşdirib", - deyə açıqlamada bildirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər