Son dəqiqə

Türkiyə ATMACA TCG İstanbul

TCG İstanbul 16 gəmi əleyhinə raket daşıya biləcək

Bakı. TurkicWorld:

TCG İstanbul freqatı 16 atışa hazır Atmaca gəmi əleyhinə raket daşıya biləcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"Türkiyə döyüş gəmiləri bu günə qədər səkkiz gəmi əleyhinə raket daşıya bildiyi halda, TCG İstanbul ilə bu rəqəm iki qat artır", - deyə məlumatda qeyd edilib.

Məlumat üçün qeyd edək ki, ATMACA Raket Layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının gəmi əleyhinə raket ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq məqsədi ilə 2009-cu ildə istifadəyə verilmişdir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər