Son dəqiqə

Türkiyə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Mehmet Şimşek

İslam İnkişaf Bankı Türkiyəyə 6,3 milyard dollar maliyyə ayıracaq

Bakı. TurkicWorld:

İslam İnkişaf Bankı Qrupu (İİB) Türkiyəyə 6,3 milyard dollar maliyyə ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek açıqlayıb.

"İİB strategiya ilə ölkəmizdəki layihələrə 6,3 milyard dollar maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Həyata keçirdiyimiz iqtisadi proqram sayəsində Türkiyəyə xarici resurs axını güclü şəkildə davam edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Dünya Bankı Orta Müddətli Proqramın açıqlanmasından sonra davam edən 17 milyard dollarlıq proqrama daha 18 milyard dollar əlavə edərək Türkiyəyə köçürdüyü resursların həcmini 35 milyard dollara çatdırmaq qərarına gəlib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər