HÜRJET bir il ərzində 50 uçuş həyata keçirib

HÜRJET bir il ərzində 50 uçuş həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyənin ilk pilotlu reaktiv mühərrikli təyyarəsi olan HÜRJET 39 saat 44 dəqiqə uçuş müddəti ilə bir il ərzində 50 uçuş həyata keçirib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Qeyd edək ki, HÜRJET Reaktiv Təlim Təyyarələri Layihəsi çərçivəsində işlər, 2017-ci ilin avqust ayında başlayıb. İstehsalı tamamlanan ilk komponent 10 iyun 2022-ci il tarixində təşkil edilən mərasimlə son montaj xəttinə daşınıb və layihənin ən mühüm hissələrindən biri olan mühərrik, 30 yanvar 2023-cü ildə işə salınıb. HÜRJET ilk uçuşunu aprelin 25-də edib.

HÜRJET-in variantları arasında Reaktiv Təlim Təyyarəsi, Akroteam Nümayiş Təyyarəsi, Döyüş Hazırlığı Təyyarəsi, Qırmızı Təyyarə və Təyyarədaşıyıcı Eniş-Kayış versiyaları var.

Məlumat üçün bildirək ki, 27 dekabr 2022-ci il tarixində Müdafiə Sənayesi Rəhbərliyi ilə Türkiyə Aerokosmik Sənayesi arasında imzalanan müqavilə çərçivəsində, birinci mərhələdə 4 təyyarə, lazımi mərhələdə isə əlavə 12 təyyarə üçün razılıq əldə olunub.

X: Lamanasadli01