ABŞ insan haqları ilə bağlı ikili standart siyasətinə son qoymalıdır

ABŞ insan haqları ilə bağlı ikili standart siyasətinə son qoymalıdır

Bakı. TurkicWorld:

ABŞ insan haqları ilə bağlı ikili standart siyasətinə son qoymalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin dərc etdiyi “2023 İnsan Haqları Hesabatı”nda yer alan əsassız iddialara cavab verib.

“Bu, açıq şəkildə göstərir ki, hesabat qərəzsizlik və obyektivlikdən uzaq siyasi motivlərlə hazırlanıb. Türkiyə demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə sadiqdir.” – deyə açıqlamada qeyd edilib.

Nazirlik hesabatı Qəzzada davam edən hücumların gözlənilən dərəcədə daxil edilməməsinə görə də tənqid edib.

“Biz Qəzzada davam edən və təkcə Fələstin xalqının əsas hüquqlarına deyil, həm də bütün bəşəriyyətin ortaq dəyərlərinə böyük zərbə vuran qeyri-insani hücumların lazımi səviyyədə işıqlandırılmamasını böyük narahatlıqla qarşılayırıq.” – deyə Türkiyə XİN bildirib.

Hafiz Rufizoğlu