İsraillə intensiv ticarət əlaqələrimiz yoxdur - Ərdoğan

İsraillə intensiv ticarət əlaqələrimiz yoxdur - Ərdoğan

Bakı. TurkicWorld:

İsraillə intensiv ticarət əlaqələrimiz yoxdur.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Təəssüf ki, İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı hazırda 45 minə çatıb. Yaralılar 75 minə çatıb. Vəziyyəti ağır olan yaralıların bir qismini ölkəmizə gətirdik. Fələstinin çox hissəsi məhv edilib. İsrail və Qəzzanın silah və sursatları müqayisə edilə bilməz. Bütün Qərb İsrailin yanındadır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə 9 aprel tarixindən 54 məhsul üzrə İsrailə ixracı məhdudlaşdırıb.

X: Lamanasadli01