Türkiyə XİN Ermənistanla normallaşma prosesi ilə bağlı təklifi dəstəkləməyə çağırıb

Türkiyə XİN Ermənistanla normallaşma prosesi ilə bağlı təklifi dəstəkləməyə çağırıb

Bakı. TurkicWorld:

Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bəzi radikal dairələrin xoşuna gəlmək üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir", - deyə bəyanatda qeyd edilib.