Əminə Ərdoğan 23 Aprel münasibətilə uşaqları təbrik edib

Əminə Ərdoğan 23 Aprel münasibətilə uşaqları təbrik edib

Bakı. TurkicWorld:

Türkiyənin birinci xanımı Əminə Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə uşaqları təbrik edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.

"Uşaqların ağılları, zəhmətkeşliyi və vətənpərvərliyi ilə Türkiyə daha da yüksək zirvələri fəth edəcək. Mən buna ürəkdən inanıram. Elmi rəhbər tutan bütün uşaqlarımızın 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mübarək olsun", - deyə o bildirib.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Böyük Millət Məclisinin açılışının ildönümü olan aprelin 23-də Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində qeyd olunan milli və rəsmi bayramdır.

Türkiyə Cümhuriyyətinin ilk milli bayramı olan bu bayram 1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayramı” kimi qeyd olunmağa başlanıb.