İraqla əlaqələrimizi daha yüksək səviyyəyə çıxarmaqda qərarlıyıq – Bolat

İraqla əlaqələrimizi daha yüksək səviyyəyə çıxarmaqda qərarlıyıq – Bolat

Bakı,TurkicWorld

Türkiyə Ticarət naziri Ömər Bolat prezident Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri çərçivəsində İraqın ticarət naziri Etir Davud Selman Əl-Greyri ilə görüşüb.

TurkicWorld xəbər verir ki,bu barədə nazir Bolat X sosial media hesabında paylaşım edib.

“Görüşümüz həm ölkələrimiz arasında ticarətin texniki və hüquqi infrastrukturunu gücləndirmək, həm də özəl sektorlarımız arasında bütün sahələrdə köklü tərəfdaşlıq qurmaq baxımından əhəmiyyətlidir. Bu gün imzalayacağımız müqavilələr arasında yer alan JETCO-Birgə İqtisadi və Ticarət Əməkdaşlıq Mexanizmi, təqib üçün əsas platforma rolunu oynayacaq. 2023-cü il etibarilə 20 milyard dollarlıq ticarət həcmi və 34,6 milyard dollar dəyərində 1101 layihə həyata keçirən İraqla əlaqələrimizi daha yüksək səviyyələrə çıxarmaqda qərarlıyıq.” deyə nazir vurğulayıb.