Türkiyə və İraq terrora qarşı birgə əməliyyat mərkəzinin yaradılmasını planlaşdırır

Türkiyə və İraq terrora qarşı birgə əməliyyat mərkəzinin yaradılmasını planlaşdırır

Bakı. TurkicWorld:

Türkiyə və İraq terrora qarşı birgə əməliyyat mərkəzinin yaradılmasını planlaşdırır.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı bu mərkəzin də gündəmdə olacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib. O, səfər çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşid ilə görüşüb. Prezident Ərdoğan görüş zamanı Türkiyənin İraqdan terror təşkilatı PKK ilə mübarizə ilə bağlı gözləntilərinin olduğunu, İraqın hər cür terrordan təmizlənməsi lazım olduğunu bildirib.

X: Lamanasadli01