TCMB və Braziliya Mərkəzi Bankı anlaşma memorandumu imzalayıb

TCMB və Braziliya Mərkəzi Bankı anlaşma memorandumu imzalayıb

Bakı. TurkicWorld:

Türkiyə Respublikası Mərkəzi Bankı ilə Braziliya Mərkəzi Bankı arasında bankçılıq məsələlərində əməkdaşlığın inkişafı üçün zəmin yaratmaq məqsədilə anlaşma memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, anlaşma memorandumu TCMB sədri Fatih Karahan və Braziliya Mərkəzi Bankının sədri Roberto Kampos Neto tərəfindən Vaşinqtonda imzalanıb.

Saziş çərçivəsində iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın gücləndirilməsi və bankçılıq sahəsində institusional çərçivədə texniki araşdırmaların aparılması nəzərdə tutulub.