AK Parti daxilində dəyişikliklər olacaq

AK Parti daxilində dəyişikliklər olacaq

Bakı, TurkicWorld:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) daxilində dəyişikliklər olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti Mərkəzi İdarə Heyəti Şurasının iclasında təlimat verib.

Məlumata əsasən, Ərdoğan ilin sonuna doğru keçirilməsi planlaşdırılan qurultayın partiya daxilində yenilənmə üçün də fürsət yaradacağını bildirib.

Qurultaydan əvvəl idarəetmə səviyyələrində dəyişiklik ola biləcəyi də bildirilib.

X: Lamanasadli01