Bakı. TurkicWorld:
Qəzza qətliamını ört-basdır etmək üçün iki dövlətin ön planda olduğu teatr nümayişi təşkil edildi.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"İran-İsrail gərginliyi diqqəti Qəzzadan yayındırmaq üçün planlaşdırılan bir oyundur", - deyə Bahçeli vurğulayıb.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.