BAYKAR heç bir dəstək proqramına müraciət etməyib - Türkiyə Müdafiə Sənayesi İdarəsi

BAYKAR heç bir dəstək proqramına müraciət etməyib - Türkiyə Müdafiə Sənayesi İdarəsi

Bakı. TurkicWorld:

Türkiyənin BAYKAR şirkəti indiyə qədər qeyd olunan heç bir maliyyə təşviqi, qrant və dəstək proqramlarına müraciət etməyib və heç bir təşviq, qrant və ya dəstək proqramından faydalanmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsi açıqlayıb.

"Türkiyə müdafiə sənayesi dizayndan kütləvi istehsala, Ar-Ge və innovasiyadan sənayeləşməyə qədər, həyata keçirdiyi layihə fəaliyyətləri ilə yerli və milli imkanlarla bütün təhlükəsizlik bölmələrimizin ehtiyaclarını qarşılamaq üçün işlərini davam etdirir", - deyə açıqlamada qeyd edilib.

Açıqlamada o da vurğulanıb ki, hər gün yeni ixrac rekordları qıran və Türkiyə iqtisadiyyatına ciddi töhfələr verən önəmli təşkilatlardan biri olan BAYKAR-a qarşı dezinformasiya xarakterli məlumatlar paylaşılır.

"Türkiyə müdafiə sənayesi gündəlik siyasətdə istifadə oluna bilməyəcək qədər əhəmiyyətli bir dövlət məsələsidir", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, daha öncə Türkiyə müxalifəti tərəfindən BAYKAR-ın İsrailə reaktiv yanacaq satışı ilə bağlı dezinformasiyalar yayılmışdı.

X: Lamanasadli01