"Türk Ulduzları" Hürjetdən istifadə edəcək (ÖZƏL)

"Türk Ulduzları" Hürjetdən istifadə edəcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" 2025-ci ildən etibarən TUSAŞ tərəfindən istehsal edilən Hürjet hərbi təyyarəsindən istifadə edəcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, "Türk Ulduzları"nın daha öncə uçuşlar həyata keçirdiyi NF-5-lərdən fərqli olaraq Hürjetin sürəti 1.4 machdır və 45 min fut yüksəklikdə rahatlıqla uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, 2023-cü il 6 sentyabr tarixində Hürjet hərbi təyyarəsi, Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" ilə qol uçuşu edib. Hürjet bu uçuşda 37 dəqiqə havada qalıb. Uçuşdan sonra Hürjet müvəffəqiyyətlə təkərləri uçuş-enmə zolağına yerləşdirib.

Xatırladaq ki, Hürjet hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.

X: Lamanasadli01