İstanbulda 20 kq-a yaxın narkotik maddə ələ keçirilib

İstanbulda 20 kq-a yaxın narkotik maddə ələ keçirilib

Bakı. TurkicWorld:

İstanbul polisi narkotik ticarəti həyata keçirə biləcək cinayət təşkilatlarının müəyyən edilməsi və şübhəlilərin tutulması üçün əməliyyat keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində meşəlik ərazidə gizlədilən 18 kilo 265 qram narkotik maddə ələ keçirilib, bir nəfər şübhəli şəxs saxlanılıb.

Məlumata əsasən, şübhəliləri tutmaq üçün meşə sahəsi və ətrafında tədbir görən qruplar bir müddət sonra pilotsuz uçuş aparatından istifadə edərək motosikletlə əraziyə gələn şəxsi təsbit edib.

Şübhəli şəxsdən narkotik ticarətindən əldə etdiyi müəyyən edilən 13 min 500 lirə pul aşkar edilib və narkotik maddələrin hazırlanması və satışı ittihamı ilə həbs edilib.

X: Lamanasadli01