Bayraktar KALKAN DİHA 30-cu uçuşunu uğurla başa vurub

Bayraktar KALKAN DİHA 30-cu uçuşunu uğurla başa vurub

Bakı. TurkicWorld:

Bayraktar KALKAN DİHA (Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş Aparatı) 30-cu uçuşunda həyata keçirdiyi sistem identifikasiya testlərini uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkətindən bildirilib.

Kəşfiyyat və izləmə fəaliyyətləri həyata keçirə bilən Bayraktar KALKAN DİHA sınaq çərçivəsində 14.500 fut yüksəkliyə qalxaraq 70 saatlıq müvəffəqiyyətli uçuş müddətini geridə qoyub.

Avtomatik marşrut izləmə, hədəf izləmə, halqa atəşi və evə qayıtma rejimlərini yerinə yetirə bilən Bayraktar KALKAN DİHA, uçuş testini Baykar tərəfindən tamamilə milli və yerli olaraq hazırlanmış Baykar BG-160 kamerası ilə həyata keçirib.

Bayraktar KALKAN DİHA, termal görüntüləmə qabiliyyətinə malik olan Baykar BG-160 Elektro-Optik Sistemi sayəsində gecə saatlarında da yüksək keyfiyyətli şəkillər çəkə bilir.

Milli DİHA gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarını uğurla yerinə yetirə bilir.

Hafiz Rufizoğlu