İstanbul Hava Limanından 222 min sərnişin səyahət edib

İstanbul Hava Limanından 222 min sərnişin səyahət edib

Bakı. TurkicWorld:

İstanbul Hava Limanından dünən 1 512 reyslə 222 min 72 sərnişin səyahət edib.

TurkicWorld xəbər verir ki, bu gün hava limanından 1 448 reyslə 231 min 38 sərnişinin səfər etməsi gözlənilir.

Məlumata əsasən, 9 aprel tarixində isə 1 416 uçuşla sərnişin sayının 278 min 688-ə çatacağı təxmin edilir.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 11 milyon 776 min 825 nəfər olub.

X: Lamanasadli01