Cevdet Yılmaz Azərbaycan və Şimali Kipri dostluq qrupunun yaradılması münasibətilə təbrik edib

Cevdet Yılmaz Azərbaycan və Şimali Kipri dostluq qrupunun yaradılması münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan və Şimali Kipr Türk Respublikasını dostluq qrupunun yaradılması münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, C.Yılmaz bu barədə Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində Ercan Hava Limanında çıxışı zamanı bildirib.

"Ümid edirik ki, bu əməkdaşlıqlar bundan sonra da davam edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsində əksini tapıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

X: Lamanasadli01