Mart ayında Türkiyədə 45 mindən çox qəza baş verib (ÖZƏL)

Mart ayında Türkiyədə 45 mindən çox qəza baş verib (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyədə baş verən ümumi qəza sayı 46 min 889 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, mart ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 40 min 850, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 39 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 26 min 934, vəfat edənlərin sayı isə 200 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

Məlumata əsasən, yanvar-mart aylarında Türkiyədə törədilən qəza sayı 133 min 867 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 116 min 542, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 17 min 325 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 73 min 568, vəfat edənlərin sayı isə 554 nəfər təşkil edib.