Türkiyədə 10-a yaxın İsrail casusu saxlanılıb

Türkiyədə 10-a yaxın İsrail casusu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədəki insanlar və şirkətlər haqqında topladıqları məlumat və sənədləri İsrail kəşfiyyatı ilə paylaşanlara qarşı keçirilən“Köstebek-3” əməliyyatı zamanı səkkiz casus saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Məlumata əsasən, Türkiyə polisi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan səkkiz şübhəlidən ikisi həbs edilib. Onlardan altısı barəsində məhkəmə nəzarəti qərarı verilib.

X: Lamanasadli01