Ankarada sənaye bölgəsində güclü yanğın baş verib

Ankarada sənaye bölgəsində güclü yanğın baş verib

Bakı. TurkicWorld:

Ankarada İvedik Mütəşəkkil Sənaye Bölgəsində avtomobil təkərlərinin olduğu ərazidə güclü yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə Ankara, Etimesqut və Sincandan çoxlu yanğınsöndürmə briqadası göndərilib.

Şəhərin bir çox yerindən görünən güclü yanğını yanğınsöndürənlər söndürməyə çalışır.

Yanğın nəticəsində ölən və yaralanan yoxdur.

X: Lamanasadli01