Türkiyə Yaponiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirir

Türkiyə Yaponiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld xəbər verir ki, türkiyəli nazir bu barədə X sosial media hesabında paylaşım edib.

"Bərpa olunan enerji və enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsində davam edən əməkdaşlığımızın təkmilləşdirilməsi üçün nə edilə biləcəyini müzakirə etdik. Enerji transformasiyası prosesində elektrik şəbəkələri, təbii qaz, mədənçıxarma və nüvə enerjisi kimi sahələrdə mümkün əməkdaşlıq imkanlarını qiymətləndirdik", - deyə o bildirib.

X: Lamanasadli01