Türkiyədə həyata keçirilən əməliyyatda 15-ə yaxın şəxs saxlanılıb

Türkiyədə həyata keçirilən əməliyyatda 15-ə yaxın şəxs saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyənin Hatay vilayətində eyni vaxtda keçirilən “Mahzen-21” əməliyyatında mühacir qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayət qrup məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda bildirilib ki, əməliyyatda rəhbəri Süleyman Alev olan “Alevler” kimi tanınan mühacir qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayət qrup məhv edilib.

Aralarında dəstə başçısı da daxil olmaqla 13 şübhəlinin ələ keçirildiyi bildirilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda sənədsiz silah və patron ələ keçirilib.