Türkiyədə daha 17 İŞİD terrorçusu saxlanılıb

Türkiyədə daha 17 İŞİD terrorçusu saxlanılıb

Bakı. TurkicWorld:

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda haqqında həbs qərarı verilən 27 nəfərdən 17-i saxlanılıb.

TurkicWorld xəbər verir ki, digər 10 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində silahlı terror təşkilatıİŞİD-in tərkibində fəaliyyət göstərdiyinə dair kəşfiyyat məlumatı olan 27 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

X: Lamanasadli01