Bakı. TurkicWorld:
Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Liviyanın baş naziri Əbdülhəmid Dibeybesosial media hesabından açıqlama verib.
“Təxminən 10 illik fasilədən sonra Türk Hava Yolları (THY) gələn həftədən etibarən Liviyaya uçuşları bərpa edəcək” – deyə baş nazir qeyd edib.
Dibeybe, THY-nin Liviyaya uçuşlara başlamasının ölkəsindəki sabitliyin göstəricisi olduğuna diqqət çəkib.
O, bu addımın atılmasına verdiyi töhfəyə görə Mülki Aviasiya İdarəsinə və ölkəsinin bütün aidiyyatı qurumlarına təşəkkürünü bildirib.
THY-nin baş direktoru Bilal Ekşi qeyd edib ki, Liviyaya həftədə üç uçuş həyata keçiriləcək.
Hafiz Rufizoğlu