Mersində xeyli sayda PKK terrorçusu saxlanılıb

Mersində xeyli sayda PKK terrorçusu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Mersin vilayətində PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, əməliyyatlarda PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Məlumata əsasən, şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bir ədəd sənədsiz tüfəng, 23 ədəd patron, bir ədəd sənədsiz ov tüfəngi və çoxlu sayda təşkilati rəqəmsal material ələ keçirilib.

Polis bölməsinə aparılan şübhəlilərin ifadələri alındıqdan sonra ədliyyəyə sövq ediləcəyi bildirilib.

X: Lamanasadli01