Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

TurkicWorld-un məlumatına görə, hadisə Türkiyənin Konya şəhərinin 3-cü Baş Jet Yüksək Komandanlığında baş verib.

Türk Ulduzlarına məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Hadisə nəticəsində bölgəyə çoxlu qruplar göndərilib.

Məlumata görə, təlim təyyarəsinin eniş zamanı qəzaya uğradığı və təyyarəni idarə edən pilotun paraşütlə atıldığı öyrənilib.

Qeyd edək ki, təyyarənin qəzaya uğradığı sahədə operator işləyən mütəxəssis çavuş şəhid olub.