Son dəqiqə

Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyəni qlobal aktora çevirdik - Kacır

Bakı. TurkicWorld:

Səhiyyədən nəqliyyata, turizmdən texnologiyaya qədər hər sahədə böyük dəyişikliklər edərək ölkəmizi qlobal aktora çevirdik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Biz texnologiya istehsal edən, güclü Türkiyə qurduq. Gənclərimiz Milli Texnologiya Hərəkatını həyata keçirərək ölkəmizi müasir sivilizasiyalar səviyyəsinə çıxarmaq yolunda ən önəmli yoldaşlarımız olub. Bayraktar TB2, Akıncı, Kızılelma, Bayraktar TB3, Anka, Kaan, Hürjet, TCG Anadolu, Altay, TOGG kimi məhsulların arxasında güclü iradə var", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər