Son dəqiqə

Türkiyə Mersin

Mersində cinayətkar qrup məhv edilib

Bakı, TurkicWorld:

Mersində keçirilən “MAHZEN-4” əməliyyatında “Sülələr” kimi tanınan Mütəşəkkil Cinayətkar qrup məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya bildirib.

Məlumatda qeyd edilib ki, Mersin polisinin keçirdiyi əməliyyat zamanı cinayətkar qrupun doqquz nəfər üzvü saxlanılıb.

Həmçinin cinayətkar qrup üzvlərinin mənfəət əldə etmək məqsədilə cinayətkar qrup yaratma, qəsdən adam öldürmə, narkotik ticarəti, silah-sursat qaçaqmalçılığı kimi cinayətlər törətdikləri müəyyən edilib.

Mövzuya görə xəbərlər