İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı 26 Fevral-3 Mart tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

TurkicWorld-un məlumatına görə, hava limanı 26 Fevral-3 Mart tarixləri arasında gündə orta hesabla 1321 uçuş həyata keçirilib.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 26 fevral - 3 mart tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

İstanbul hava limanından sonra gündə 1283 uçuşla London Hitrou, 1266 uçuşla Amsterdam Şiphol, 1169 uçuşla Paris Şarl de Qoll və 1131 reyslə Frankfurt hava limanları yer alıb.

Hafiz Rufizoğlu