Türkiyə Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyə müdafiə sənayesi şirkətləri kamikadze PUA-ların təhlükəsiz atəş sistemləri ilə işləməsini təmin edəcək

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi şirkətləri öz imkanları ilə kamikadze pilotsuz təyyarələrin daha effektiv və təhlükəsiz atəş sistemləri ilə işləməsini təmin edəcək.

Bu barədəTurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, 8-ci Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında (DIMDEX 2024) Türkiyənin KZ Mekatronik və Robit Teknologiya şirkətləri arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni KZ Mekatronik adından Şirkət Partnyoru Melis Kızıldağ Karataş və Robit Teknoloji adından Biznesin İnkişafı Direktoru İbrahim Yiğit Özboyacı imzalayıb.

KZ Mekatronik baş direktor müavini Yusuf Soylu bildirib ki, dünya gündəmində olan və Türkiyə Silahlı Qüvvələrinin mövcud ehtiyacları nəzərə alınaraq müxtəlif kamikadze pilotsuz uçuş aparatları sistemləri hazırlanıb.

Qeyd edək ki, Türkiyə Qətərin paytaxtı Dohada keçirilən DIMDEX 2024 Sərgisində 39 müdafiə sənayesi şirkəti ilə iştirak edir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər