Bakı. TurkicWorld:
Türkiyə olmasaydı, Avropa və Avropa İttifaqı (Aİ) ölkələri sabitliyini tamamilə itirəcəkdi.
TurkicWorld xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Antalya Diplomatiya Forumunda çıxışı zamanıı deyib.
Orban Türkiyə-Macarıstan əlaqələrinin uzun tarixə malik olduğunu və ölkəsinin Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olduğunu bildirib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda xüsusilə sevilən və yüksək nüfuzu olan bir liderdir", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.